Vəzifəli şəxslərdən şikayət hallarına dəyişiklik edildi

17 May 2016 12:42 (UTC+04:00)

Qanuna təklif olunan əlavəyə əsasən, dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və mütəxəssislərinin hərəkətlərindən şikayət edilməsi hallarının əhatəsi artırılır.

Belə ki, şikayət verildiyi hallarda, barəsində şikayət olunan hərəkətin dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul ediləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Modern.az