2 uşaq atası 4 yaşlı qıza təcavüz edib öldürdü - ŞOK
19 Noyabr 2012 07:08 (UTC+04:00)
İraqın cənubundakı Basra şəhərində faciəvi hadisə baş verib. Ailəsindən 250 dinar alıb küçədə halva almağa gedən qız təcavüzə məruz qalıb. 2 uşaq atası, 26 yaşlı kişi 4 yaşlı qıza təcavüz edib.
Bundan sonra qızın başını daşla əzərək öldürən kişinın şübhəli hərəkətləri polislərin diqqətini cəlb edib. Saxlanılan şəxs cinayətini etiraf edib. Ancaq "bunu niyə etdin?" sualına "elə-belə" cavabını verib.
Elnarə Əlosmanqızı
AzNews.az