Əməkdar artist Prezidentə müraciət edəcək - Nazirdən şikayət

17 May 2016 14:26 (UTC+04:00)

Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib.

Ə.Nur bildirib ki, onun bu müraciəti Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və onun müavini Ədalət Vəliyevin Azərbaycan aktyorları arasında yaratdığı ayrı-seçkiliklə əlaqədardır: "Mayın 24-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcəm. Həmin konfransda prezident İlham Əliyevə müraciət edəcəm. Bu müraciət Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və onun müavini Ədalət Vəliyevlə bağlıdr. Prezidentdən xahiş edəcəm araşdırılsın ki, bu iki şəxs nəyə görə Azərbaycan aktyorlarını bir-birinə düşmən edir? Aktyorları qul kimi saxlayır. Bu nədir belə?".

Bahar RÜSTƏMLİ
AzNews.az