16 yaşlı oğlan motorollerlə ağaca çırpıldı - Komaya düşdü

17 May 2016 22:53 (UTC+04:00)

AzNews.az
xəbər verir ki, Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, mayın 17-i günorta saat 15:40 radələrində rayonun Əlibəyli kənd sakini, 16 yaşlı David Mamuka oğlu Topalaşvili rayon ərazisində baş verən yol qəzası zamanı aldığı ağır bədən xəsarətlərindən düşdüyü koma vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. David Topalaşviliyə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir.

Qax rayon Polis Şöbəsindən bildirilib ki, David Topalaşvili idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan motorollerlə kəndin ərazisində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən yolun kənarındakı qoz ağacına çırpılıb.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.