Ayaqqabısında narkotik aparan səxs tutuldu

19 Noyabr 2012 07:28 (UTC+04:00)
Bakıda cəzaçəkmə müəssisəsinə ayaqqabı dabanının içərisində narkotik keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, noyabrın 18-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1971-ci il təvəllüdlü məhkum Elnur Camal oğlu Əsgərova vətəndaş Müşfiq Alış oğlu Abdullayevin gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı bir cüt qara dərili ayaqqabının dabanlarının içərisində gizlədilmiş 6 ədəd sellofana bükülmüş 37,874 qram tiryək, 37 qram həşiş, 5,2 qram marixunana və 4,616 qram heroin aşkar edilərək götürülüb. Əsgərov soyğunçuluq maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

AzNews.az