İsfəndiyar Rüstəmovun 75 illik yubileyi keçiriləcək
19 Noyabr 2012 07:30 (UTC+04:00)
Azərbaycan aşıq sənətinin ifaçılarından sayılan İsfəndiyar Rüstəmovun 75 illik yubileyi keçiriləcək. Qeyd edək ki, mərasim noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Aşıqlar Birliyindən verilən məlumata görə, tədbirdə Aşıq İsfəndiyarın yaradıcılıq yolundan və aşıq sənətinin inkişafı istiqamətində fəaliyyətindən söz açılacaq.
Bahar Rüstəmli
AzNews.az