“Mado”da rüsvayçılıq - Telefonu “zaryadka”ya qoymaq 35 manatdır (Fotofakt)

18 May 2016 17:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Şahin Amanov feysbukda yazıb. O, sonda bu xidmət üçün 35 manat ödəməli olduğunu öyrənib: "Telefonu "zaryadka"ya qoymaq istədim,ofisiant dedi ķi 10-15 dəqiqədən sonra mümkün olacaq, çünki zaryadkada 7-8 dənə telefon var. Dedim onda hesabı gətirin, "zaryadka" lazım deyil. Hesab gəlib. Ofisianta deyirəm, qardaş, bu Powerbank 5200 nədirsə,biz belə şey yeməmişik".

Ofisiantın cavabı isə belə olub: "Bayax telefonu "zaryadka"ya qoymaq üçün aparat istəmədiniz? Əslində "zaryadka"ya qoymaq özü pulsuzdur. Ancaq bu aparatın qiyməti 35 manatdır. Onu da hesaba hər ehtimala qarşı yazırıq ki,birdən gedəndə götürüb özünüzlə apararsız".