Erməni polkovnikinə qarşı ittihamlar irəli sürüldü
18 May 2016 18:26 (UTC+04:00)
Erməni KİV-lərinin yazdığına görə, o, günahını etiraf edib.
İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, David Abramyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 3-cü bəndinə (hakimiyyətdən sui-istifadə və ya böyük maddi zərərə səbəb olan fəaliyyətsizlik) əsasən ittiham irəli sürülüb.
İstintaqın gedişatında David Abramyan ifadə verərək günahını etiraf edib, vurulan zərəri bərpa edib. Müstəntiq onun müvəqqəti olaraq səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul edib.
David Abramyan mayın 11-də saxlanılıb.
Oxu.az