Təyyarədə həlak olanlara görə sığorta pulu veriləcək - Açıqlama

19 May 2016 15:40 (UTC+04:00)

Şirkətdən verilən məlumata görə, həm qəzaya uğrayan təyyarəyə və ekipaj üzvlərinə görə sığorta ödənişi veriləcək. Amma sığorta ödənişlərinin məbləği hələlik açıqlanmır.

Qeyd edək ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ötən gün qəzaya uğrayan təyyarədə 7 nəfərin həlak olduğunu, texniklər Qanja Andrey və Rəmzi Əliyev sağ qaldığını açıqlayıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

Fins.az