Elmar Məmmədyarov NATO-nun iclasında çıxış edəcək

19 May 2016 18:20 (UTC+04:00)

XİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, E.Məmmədyarov mayın 20-də Brüsseldə keçiriləcək NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin iclasında iştirak etmək üçün Belçikaya səfər edəcək.

Sözügedən iclasda nazirin çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.