Davudoğlu Ərdoğanla vidalaşdı - Video

19 May 2016 23:18 (UTC+04:00)

Vəzifəsindən istefa verən Davudoğlu prezident Ərdoğanla vidalaşmaq üçün onun görüşünə gəlib.

Davudoğlu vəzifədən getsə də, Ərdoğanla dostluq münasibətlərini davam etdirəcəyini deyib, ona işlərində uğurlar arzulayıb.

Bundan əlavə Davudoğlu AKP-nin baş nazir postuna namizədi olan Binəli Yıldırıma zəng edərək onu təbrik edib.

Qeyd edək ki, Davudoğlu gözlənilmədən vəzifəsindən istefa verib. AKP-nin mayın 22-də keçiriləcək fövqəladə qurultayında ölkənin yeni baş naziri məlum olacaq.

AzVision.az