Medvedev Sarkisyanla görüşdü - Qarabağdan danışdılar (Yenilənib)

20 May 2016 13:50 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Medvedev göüş zamanı aprel ayındakı 4 günlük müharibə zamanı Rusiyanın keçirdiyi narahatlıqdan bəhs edib. Rusiyanın baş naziri Vyanadakı görüşün əhəmiyyətinə də diqqət çəkərək Rusiyanın münaqişənin həlli üçün hər zaman kömək etməyə hazır olduğunu bildirib: "Rusiyada biz hadisələrin gedişatını çox gərgin izləyirdik. Qüvvəmiz daxilində vəziyyətin həllinə kömək edirdik. Əldə olunan atəşkəsin saxlanması vacibdir. Bu baxımdan Azərbaycan prezidenti ilə Ermənistan prezidentinin Vyanadakı görüşünü alqışlayırıq. Eyni zamanda Minsk qrupu çərçivəsində danışıqları davam etmək və gələcəkdə bu tip hadisələrin meydanan gəlməməsi üçün dialoqu saxlamaq səylərini də yüksək qiymətləndiririk. Təbii ki, burada 1994-95-ci illərdə əldə olunan tarixi razılaşmalara əməl olunması, regionda daha davamlı sülhə nail olmaq və Dağlıq Qarabağ münaqişəsinin yekun həlli üçün səylər də qeyd olunmalıdır. Rusiyanın bu mürəkkəb münaqişənin həll üçün bu zamana qədər kömək etdiyinə və bundan sonra da kömək edəcəyinə şübhə etməyə bilərsiniz".


***
12:22

Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat katibinin köməkçisi Narek Nikoqosyan tvitter hesabında məlumat verib.
O, görüşdə müzakirə edilən məsələlər barədə hələki məlumat verməyib.

Xatırladaq ki, bu gün İrəvanda Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının növbəti iclası keçiriləcək. D.Medvedev iclasda iştirak etmək üçün İrəvana səfər edib.

Aydan AXUNDOVA