Xüsusi komissiya Azərbaycan təyyarəsinin qəzaya uğradığı ərazidə- Video

20 May 2016 13:02 (UTC+04:00)

Hazırda komissiya üzvləri həlak olan azərbaycanlı ekipaj üzvlərinin və yaralananların Bakıya gətirilməsi üçün Əfqanıstanda danışıqlar aparır. Azərbaycanın Əfqanıstanda akkreditə olunmuş Türkməsnistandakı səfirliyindən və hadisə yerində olan komissiya üzvlərindən verilən məlumata görə, komissiya üzvləri hadisə ilə bağlı ətfraflı məlumat almaq üçün Qəndəharda xəstəxanaya yerləşdirilmiş 2 yaralı ilə görüşürlər.

Bununla yanaşı təyyarənin qara qutusunun Azərbaycana gətirilərək araşdırılması üçün də danışıqlar gedir. Hadisə ilə bağlı mətbuata yaxın saatlarda əlavə məlumatların veriləcəyi bildirilir.

Əfqanıstanda təyyarə qəzası mayın 18-də baş verib. "Silk way"dən icarəyə götürülmüş AN-12 təyyarəsi Əfqanıstanda Baqramdan qalxıb, Dvayer hava limanında yükü boşaltdıqdan sonra yanacaq doldurmaq üçün Türkmənistanın Mari şəhərinə uçuş edərkən yerdən qalxan zaman maneəyə çırpılıb və qəza baş verib. Təyyarənin qəzaya uğraması nəticəsincə 9 ekipaj üzvündən 7-si həlak olub, 2-si yaralanıb.

Anspress.com