Erməni qadın 45 yaşlı qardaşını bıçaqladı

19 Noyabr 2012 09:05 (UTC+04:00)
Ermənistanın Vanadzor şəhərində 38 yaşlı Taronuhi Avetisyan 45 yaşlı qardaşı Garegin Avetisyanı bıçaqlayaraq öldürüb. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, qadın öz evində qardaşına mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirib.

Hazırda qadının saxlanıldığı və qətlin hansı zəmində baş verdiyi araşdırılır. Qeyd edək ki, Ermənistanda analoji məişət cinayətləri tez-tez baş verir.

Sadiq Musa
AzNews.az