“Metsamor“ AES iri radiasiya qəzasına səbəb ola bilər - Ekspert
20 May 2016 19:08 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bunu Trend-ə "The Caspian Times" beynəlxalq portalının təsisçisi, geosiyasi və beynəlxalq münaqişələr üzrə ekspert Malik Eyyub Sumbal deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət "Fukusima-1" AES-dən nəticə çıxararaq "Metsamor"un səbəb ola biləcəyi daha bir qəzanın qarşısını almalıdır.
Ekspert qeyd edib ki, AES Ermənistanla sərhəddə yaşayan insanların xərçəng və digər ağır xəstəliklərə tutulmasına səbəb ola bilər.