Obama Myanmaya səfər edən ilk ABŞ prezidenti oldu

19 Noyabr 2012 09:33 (UTC+04:00)


Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama 2-ci dəfə prezident seçildikdən sonra xarici ölkəyə ilk səfərini edib. Obamanın Myanmaya səfəri tarixi əhəmiyyət daşıyır. Belə ki, səfər Amerika hökumətinin bu Asiya ölkəsində həyata keçirilən islahatlara dəstəyini nümayiş etdirməklə yanaşı, həm də tarixdə ABŞ prezidentinin Myanmaya ilk səfəridir.

Qeyd edək ki, keçmiş adı Birma olan Myanmada hərbi diktaturanın süqutundan sonra seçilmiş ilk hökumət demokratikləşmə istiqamətində islahatlara başlayıb və bu kurs çərçivəsində yüzlərlə siyasi məhbus azadlıba buraxııb. Onların arasında keçmiş müxalifət lideri, indi isə hakim partiyanın sədri olan "Nobel" sülh mükafatı laureatı Aun San Su Çji də var.

Barak Obama Myanmaya səfəri çərçivəsində Aun San Su Çji və bu ölkənin prezidenti Teyn Seynlə görüşüb. Barak Obama Myanmada həyata keçirilən demokratik islahatları alqışlayıb və Amerika hökumətinin dəstəyini nümayiş etdirib.

AzNews.az