“Rusiya Ermənistanı 200 milyon dollarlıq silahla təmin etməyə başlayıb“ - Baş nazir

21 May 2016 19:30 (UTC+04:00)

Bu barədə Ermənistanın baş naziri Ovik Obramyan deyib.

"Prosesə start verilib və işlər plana uyğun gedir. Heç bir problem yoxdur", - deyə baş nazir qeyd edib.

Bu məsələnin mayın 20-də Ermənistanda səfərdə olan Rusiyanın baş naziri Dmirtiy Medvedevlə müzakirə olunub-olunmaması ilə bağlı suala O. Obramyan bu cür cavab verib: "Biz həmişə fürsətdən yararlanırıq".


APA.az