Binəli Yıldırım Cavid Qurbanovla bir arada - Fotolar

23 May 2016 10:43 (UTC+04:00)

AzNews.az qurumun saytına istinadən xəbər verir ki, təkbətək keçirilən görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisi və gələcək perspektivləri, yükdaşıma, sərnişindaşıma mözvularında ətraflı müzakirələr aparılıb.

Görüş sonrası Binəli Yıldırım Cavid Qurbanovu şəxsən Ədalət və İnkişaf Partiyasının (AKP) ötən gün keçirilən qurultayına dəvət edib.

Qeyd edək ki, Binəli Yıldırım uzun müddət Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri vəzifəsində çalışıb. Həmin müddətdə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla birlikdə Türkiyə tərəfdən həmin nəhəng layihənin gerçəkləşməsində birbaşa iştirakçı olub.

Yeri gəlmişkən, bu yaxınlarda hər iki yüksək çinli məmurun Ankarada görüşü baş tutmuşdu. Görüşün əsas mövzusu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı olmuşdu.