Deputatlar müraciət etdi - Parlamentin növbədənkənar çağırılması üçün

23 May 2016 13:37 (UTC+04:00)

Müraciəti 100-ə yaxın deputat imzalayıb.

Növbədənkənar sessiyasının çağırılmasında məqsəd yarımçıq qalmış bir sıra qanun layihələrini müzakirə etməkdir.

Qeyd edək ki, yaz sessiyasının sonuncu plenar iclası mayın 31-də keçiriləcək.

Xatırladaq ki, MM-in növbədənkənar sessiyası Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırılır.

Report.az