Keçmiş məhkum 35 yaşlı kişini bıçaqladı - Salyanda

23 May 2016 22:20 (UTC+04:00)

Rayonun Kərimbəyli kənd sakini, 35 yaşlı Yusif Usubbala oğlu Zeynalov kiçik ölçülü çoxsaylı bıçaq yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. Yaralının 9 il həbsdə yatmış Bəhruz adlı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Report