Ermənistan “neqodnıy”ları ön cəbhəyə göndərir - Fakt
24 May 2016 11:01 (UTC+04:00)
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 21 yaşlı Ovanes Poqosyanın əsgərliyə qədər də ağır xəstəlikləri olduğu məlum olub.
Erməni KİV-inin yaydığı məlumata görə, gənc əsgər sağlamlığı ilə bağlı ciddi problemləri olmasına baxmayaraq, orduya çağırılan kimi ön cəbhəyə göndərilib. "Ovanesin xroniki qastrit, dalaq genişlənməsi, kişi orqanları ilə bağlı problemləri olub. Evdə pəhrizə əməl edib. Sonra isə birdən-birə ön cəbhəyə yolladılar. Məgər sağlamlığı ilə bağlı belə problemləri olan əsgəri ön cəbhəyə aparırlar?", -deyə Ovanesin qohumarı bildirib.
Qeyd edək ki, Ovanes Poqosyan 2015-ci ilin yanvarındə kiçik serjant kimi hərbi xidmətə başlayıb. 21 yaşlı əsgər 2 dəfə yaralanıb. Birinci yarası yüngül olan Ovanes yarası sağalmadan yenidən ön cəbhəyə göndərilib. 2-ci güllə yarasını isə Ovanes mayın 13-də baş nahiyəsindən alıb. O, hazırda komadadır.
Aydan AXUNDOVA