PKK-dan əsgərlərə xain tələ - 4 şəhid

24 May 2016 20:40 (UTC+04:00)

Çaldıran qəsəbəsi ilə Ağrının Doğubəyazid qəsəbəsi arasındakı Tendürək bölgəsində terrorçular maşınlara od vurublar. Hadisə yerinə hərbçilər cəlb edilib. Amma yola əldəqayırma bomba yerləşdirən PKK-çılar zirehli maşın keçərkən partlayış törədiblər. Bunun ardınca zirehli maşınlar qumbaraatanlardan atəşə tutulub. Hadisə nəticəsində 4 əsgər şəhid olub, daha 4 əsgər isə yaralanıb.


Musavat.com