“Araz çirklənməyəcək” - İran söz verdi
19 Noyabr 2012 11:56 (UTC+04:00)
İranın Energetika Nazirliyi Ermənistanla birlikdə tikintisinə başlanılan Mehri Su Elektrik Stansiyası ilə bağlı Azərbaycanın narahatlıqlarını cavablandırıb. Bu barədə məlumatı İran mətbuatı yayıb. Nazirliyin məlumatında bildirilir ki, Мehri SES-in fəaliyyəti nəticəsində Araz çayının suyunun azalması ilə bağlı narahatlıqlara əsas yoxdur.
İran mətbuatının məlumatına görə, Azərbaycanın Kütləvi İnformasiya Vasitələrində Araz çayının suyundan istifadə ediləcəyi ilə bağlı xəbərlər yayılıb: "Stansiya iki hissədən ibarət olacaq. Onlardan biri Ermənistan, digəri İran tərəfdə olacaq. SES işə salındıqdan sonra Araz çayının suyu çirklənməyəcək, suyun səviyyəsi azalmayacaq. Su istifadədən sonra yenidən Araz çayına axıdılacaq".
Qeyd edək ki, Mehri SES-in təməlqoyma mərasimi noyabrın 8-də keçirilib.
Alpər Oğuz
AzNews.az