“Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayıram” - AŞPA prezidenti

25 May 2016 19:21 (UTC+04:00)

Bu barədə AŞPA prezidenti Pedro Aqramuntun bəyanatında deyilir.

O əlavə edib ki, daha əvvəl bir çox tanınmış jurnalistin və insan haqları müdafiəçisinin azadlığa buraxılmasının ardından gələn bugünki qərar Azərbaycanın dönüş nöqtəsində olması ilə bağlı inamını bir daha təsdiqləyir: "Mən ölkəni bu müsbət cığırda davam etməyə çağırıram".

Avropa Parlamentinin prezidenti Martin Şultz da Xədicə İsmayılovanın azadlığa buraxılması qərarını alqışlayıb.


APA.az