Şagirdini hamilə qoyan müəllimin ailəsi ağır qəzaya düşdü

25 May 2016 21:58 (UTC+04:00)

E. İbrahimovun ailə üzvləri ötən gün ağır yol qəzasına düşüblər. Hadisə nəticəsində E. İbrahimovun atası Həsənağa İbrahimov xəsarət alıb. Xoşbəxtlikdən qəza zamanı ölüm faktı qeydə alınmayıb.

Hazırda vəziyyətinin nisbətən ağır olduğu deyən H. İbrahimovun saytımıza bildirdiyinə görə, o, xoşbəxtlikdən qəzadan sağ çıxa bilib: "Bu hadisə bizi dərindən sarsıdıb. Hər kəs məndən oğlumu soruşur. Başımı itirmişəm. Ötən gün qəzaya düşdük. Az qalmışdı ki, ölüm. Yanımda uşaqlar vardı. Ağır qəza idi. Xoşbəxtlikdən qəzadan sağ çıxdım. Hazırda özümü pis hiss edirəm. Bütün bədənim ağrıyır. Ev şəraitində müalicə alıram. Bu qəzadan sonra böyük sarsıntı keçirdim. Şokdayam".

Oğlunun hələ də polis idarəsində saxlanıldığını deyən H. İbrahimov Azərbaycan dövlətinə və qanunlara güvəndiyini deyib.

"Mən inanıram ki, dövlətimiz bu işdə həqiqəti ortaya çıxaracaq. Əgər oğlumun günahı varsa, cəzasını çəkməlidir. Biz dövlətimizin qanunlarına tabeyik. Hazırda iş araşdırlır, ortada konkret fakt yoxdur".

Qeyd edək ki, ki, 9-cu sinif şagirdi olan qızın sözlərinə görə, müəllim E. İbrahimov onu gecə yaşadıqları evdə ayaqyoluna getmək istəyərkən zorlayıb. Hazırda həmin şagird hamilədir.

Ekspertizanın rəyinə əsasən, zorlandığını iddia edən məktəbli qız bakirədir. Məlum hadisə ilə bağlı Elnur İbrahimov polis tərəfindən saxlanılıb. Barəsində cinayət işi açılıb.

Xatırladaq ki, Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. O, məlum hadisəyədək Şamaxıda kollecdə tarix müəllimi işləyib.


AzVision.az