Millət vəkili müxalifəti vahid namizəd tapmağa səslədi

19 Noyabr 2012 13:17 (UTC+04:00)


"Əgər müxalifət prezident seçkilərinə vahid namizədlə gedə bilsə, bu arzu olunan olacaq". Bunu AzNews.az-a açıqlamasında Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirib. Onun sözlərinə görə, müxalifətin seçkilərə vahid namizədlə gedib-getməyəcəyini indidən dəqiq demək çətindir.

Sədri olduğu partiyanın 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı məsələyə də toxunan İ.İsmayılov deyib: "Ədalət Partiyasının gələn il prezident seçkilərində iştirak edəcəyi hələ bəlli deyil. Biz seçkilərdə iştirak edə də, etməyə də bilərik".

Vasif Həsənli
AzNews.az