Gömrükdə 41200 qaçaqmal siqaret aşkarlandı - Fotolar
26 May 2016 15:27 (UTC+04:00)
Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, idarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Samur" gömrük postunun gömrük nəzarəti zonasında 2 avtomobilə baxış keçirib.

Yoxlama zamanı avtomobillərin müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 41200 ədəd siqaret aşkar edilərək götürülüb.


