“Azəriqaz”da dəyişiklik əhaliyə təsir edəcəkmi?

26 May 2016 16:18 (UTC+04:00)

Bunu Energetika Nazirliyi yanında Dövlət Qaz Nəzarəti İdarəsindən deyiblər.

İdarədən bildiriblər ki, İB-nin iki nazirliyə verilən səlahiyyətlərinin bir hissəsi qaz xətləri və qurğularının texniki baxışı ilə bağlıdır: "Dəyişikliklərə əsasən, mənzil daxilindəki qazpaylayıcı şəbəkələr, qaz xətləri və avadanlıqları üzərində texniki nəzarət üzrə səlahiyyətlər Dövlət Qaz Nəzarəti İdarəsinə verilib. Magistral qaz kəmərləri üzərində texniki nəzarət yenə də "Azəriqaz"ın səlahiyyətlərinə daxildir. Bu, qaz sayğaclarına da aiddir. Onlara xidmət göstərmək yenə də İB-nin səlahiyyətlərinə daxildir. Hüquqi şəxslərin sayğacları isə onların hesabına quraşdırılacaq".

İdarədən qeyd ediblər ki, Energetika Nazirliyi yanındakı idarə təkcə məişət deyil, həm də sənaye qaz avadanlığının texniki yoxlanışını həyata keçirəcək, yəni yoxlamalar bütün qaz abonentləri kateqoriyasını əhatə edəcək. Sahibkarlıq sahəsində sənaye qaz avadanlığının texniki yoxlamalarına gəlincə, onlar "Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının qorunması haqqında" qanunda qeyd edilmiş hal və qaydalar əsasında həyata keçiriləcək. Bununla da texniki yoxlamalar təkcə əhali kateqoriyasından olan abonentlərdə deyil, həm də digər kateqoriyadan olan abonentlərdə aparılacaq. Abonent yoxlamadan beş gün əvvəl məlumatlandırılmalıdır, onun nəticələri isə iki surətdən ibarət xüsusi aktda qeyd olunacaq. Surətlərdən biri istehlakçıda qalacaq. Öz növbəsində, istehlakçı aktın alınması barədə xüsusi qeydiyyat kitabına qol çəkməlidir".

Trend.az