AŞPA Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərə müşahidəçi göndərəcək

26 May 2016 19:58 (UTC+04:00)

Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Twitter" səhifəsində yazıb.

"Büro yekdilliklə Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçilərin göndərilməsi ilə bağlı təklifi qəbul edib", - deyə o bildirib.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər 2016-cı ilin iyunun 18-nə təyin edilib.


APA.az