56 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlandı - Lənkəranda

26 May 2016 22:48 (UTC+04:00)

1960-cı il təvəllüdlü Məmmədov Şəmsəddin Əli oğlu həmkəndlisi tərəfindən bıçaqlanıb.

Hadisəni törədənin "Maçan" ləqəbli yerli sakin olduğu bildirilir. Bıçaq xəsarətləri alan Ş.Məmmədov Cərrahi bloka yerləşdirilib. Qarın ve boyun nahiyələrindən kəsilmiş-deşilmiş yaralar alan zərərçəkən xeyli miqdarda qan itirib.

Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.


Report