Avtomobil velosipedçini vuraraq öldürdü - İmişlidə

28 May 2016 11:05 (UTC+04:00)

Məlumatına görə, hadisə gecə saatlarında rayonun Şahverdili kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobil velosipedçini vurub. Nəticədə velosipedin sürücüsü, rayonun Göbəktala kənd sakini, 1984-cü il təvəllüdlü Əmrahov Zabil Əvəz oğlu ağır kəllə-beyin travması ilə, komatoz vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq o, səhər saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

APA.az