Ələkbərovun müavininin oğlu həbs edildi

28 May 2016 19:32 (UTC+04:00)

Ruslan 15 sutkalıq inzibati həbs alıb. O, polisə tabe olmamaq maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, Ruslan Şamsuarov bir neçə gün öncə "Gelandewagen" avtomobili ilə Moskvada dostları ilə birgə "avtoşluq" edib. Onları saxlamağa çalışan polisləri ələ salmağa başlayan gənclər hətta polisdən qaçışı videoya da çəkiblər.

Xatırladaq ki, Azat Şamsuarov "Lukoyl"un prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun müavinidir.

Qafqazinfo