İran Suriyada qaz kəməri tikir
19 Noyabr 2012 17:40 (UTC+04:00)
İran İraqdan keçməklə Suriyaya qaz kəmərinin çəklişinə başlayıb. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, islam respublikası bu yolla son zamanlar məhrum olduğu enerji gəlirlərini bərpa etmək fikrindədir. Uzunluğu 1500 kilometr olan kəmərin 3 milyard dollara başa gələcəyi bildirilir.
Qeyd edək ki, qaz kəmərinin tikilməsi ilə bağlı razılaşma bu ilin iyulunda qəbul edilib. Layihənin 2013-cü ilin ikinci yarısında tamamlanacağı bildirilir.
Xatırladaq ki, İranın neft və qaz nəqlində embarqo səbəbindən ciddi problemlər yaranıb. Avropa ölkələri İrandan neft idxalını dayandırıb.
Sadiq Musa
AzNews.az