SOCAR-ın yeni binasının açılışı oldu - İlham Əliyev də tədbirdə

30 May 2016 11:12 (UTC+04:00)

Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Prezident binanın rəmzi açılışını bildirən lenti kəsib.

SOCAR prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbəlidir.

Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan prezidentinin iştirakı ilə qoyulub.

Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.


APA.az