“Haqqımız var ki, hücum taktikasından istifadə edək...” - Əli Həsənov

30 May 2016 12:32 (UTC+04:00)

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTV-də "Həftə" verilişinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan dövləti həmin insanlara resurs kimi yanaşır: "Dünya azərbaycanlıları yaşadıqları ölkənin cəmiyyətlərində tanınsınlar, sayılıb-seçilsinlər. Biz onlara Azərbaycanın xarici siyasətinin resursları kimi baxırıq. İnsana resurs kimi baxılması müasir dünyanın reallıqlarından biridir. O insanlardan istifadə edərək, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdıra bilərik. Onlar bir olmalıdır, bir-birlərinin sosial hüquqlarına dayaq durmalıdırlar".

Ə.Həsənov Prezident İlham Əliyevin "Azərbaycan diasporu müdafiə taktikasından hücum taktikasına keçməlidir" fikrinə toxunaraq qeyd edib ki, Azərbaycan haqlı olaraq hücum taktikasından istifadə edir: "Heç vaxt haqsız olduğumuz yerdə hücum taktikasından istifadə etməmişik. Günahımız olanda da qəbul etməyi bacarırıq. Bu gün Azərbaycan haqlı mövqedədir. Ona görə də haqqı var ki, hücum etsin və anti-Azərbaycan dairələri yerində oturtsun".


Report