Türkiyə sərhədində daha bir helikopter vuruldu
30 May 2016 19:48 (UTC+04:00)
Suriya Hava Qüvvələrinə məxsus helikopter Türkiyə sərhədində Qamışlı şəhərində yerə çırpılıb.
Helikopterin müxalif qüvvələr tərəfindən vurulduğu iddia olunur.
Yerli sakinlərin sözlərinə görə, texniki problemlər səbəbindən yerə düşən təyyarənin pilotu və onun köməkçisi həlak olub.
Ötən ilin noyabr ayında Türkiyə-Suriya sərhədində Türkiyə sərhədlərini pozduğu üçün Rusiyanın Su24 qırıcı təyyarəsi vurulub.
Bundan sonra hər iki ölkə arsında münasibətlər gərginləşib. Rusiya Türkiyəyə çoxsaylı sanksiyalar tətbiq edib.
Anspress.com