Erməni general və 2 polkovnik həbs edildi

31 May 2016 11:19 (UTC+04:00)

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi təsdiqləyib. Məlumata görə, saxlanılanlar Ermənistan Müdafiə Nazirliyinin silahlanma idarəsinin sabiq rəisi, general-mayor Mels Çilinqaryan və polkovniklər Armen Marqaryanla Mqer Papyandır.

Xatırladaq ki, mayın 20-də Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə Çilinqaryan vəzifəsindən azad edilmişdi.

Aydan AXUNDOVA