Samirə Mustafayeva ATV-dən getdi

31 May 2016 11:27 (UTC+04:00)

Aparıcının bu addımı atmasına səbəb, yeni iş həyatına başlamaq niyyətidir.

Xəbəri təsdiq edən S.Mustafayeva deyir ki, onun bu dəfə hədəflədiyi sahə televiziyadan çox uzaqdır: "Hər zaman arzusunda olduğum böyük və məsuliyyətli bir işi çiyinlərim üzərinə götürməyə hazırlaşıram. Harada çalışaçağımın detallarını hələki gizli saxlayıram. İnanıram ki, bu sahədə də uğur mənimlə olacaq".

Ömrünün 15 ilini kamera qarşısında keçirən Samirə, ən böyük uğurunu layiq görüldüyü Tərəqqi medalı ilə bağlayır: "Televiziya sahəsində yetərincə nailiyyətlər qazandım və bu yolda özümü sübut etdim. Teleməkanda ən böyük mukafatım isə sözsüz ki, Tərəqqi medalıdır. Əməyimə qiymət verən hər kəsə minnətdaram. Bu sahə həyatımda çox önəmli yer tutdu. İndi isə daha böyük uğurlar qazanmaq üçün fərqli yolla addımlayacağam".

Samirə həmçinin İstagram sosial şəbəkəsindən uzaqlaşmasına da münasibət bildirib: "Sosial şəbəkə artıq vaxt itkisi idi. Yoruldum və səhifəmi bağladım. Çünki orada özünə hörmət etməyən bəzi səhifə istifadəçiləri var idi. İnstagrama sərf etdiyim zamanı işimə ayıracağam".

Primetime.az