Zakir Həsənov Ərdoğanla birgə hərbi təlimdə - Fotolar + Video
31 May 2016 13:33 (UTC+04:00)
AzNews.az xəbər verir ki, yüksək səviyyəli qonaqlar qismində təlimləri izləmək üçün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan poliqona gəlib.
Sonra Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak təlim haqqında qısa məlumatla çıxış edib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli müşahidəçilərlə birgə təlimi izləyib.


