ABŞ-da universitetə atəş açan şəxs intihar etdi - Yenilənib

2 İyun 2016 00:17 (UTC+04:00)

Bunu Los-Anceles polisinin başçısı Çarlz Bak bəyan edib.

"Universitet fəaliyyətini davam etdirir, heç bir narahatlıq yoxdur", deyə Ç.Bak bildirib.

Bu gün yerli vaxtla saat 10:00 radələrində Kaliforniya universitetinin yataqxanası qarşısında baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb. Ölənlərin ikisi də kişidir. Onların adları hələ ki, açıqlanmır.

***
23:13

ABŞ-ın Los-Anceles şəhərində silahlı insident baş verib.

Hadisə Kaliforniya Universitetində qeydə alınıb.

İlkin məlumata əsasən, naməlum silahlı təhsil ocağının ərazisində yerləşən yataqxananın qarşısında 2 nəfəri güllələyib. Ölənlərin kimliyi hələ ki, açıqlanmır. Hazırda yerli polis cinayətkarın axtarışı ilə məşğuldur.


APA.az