Almaniya “erməni soyqırımı”nı tanıdı
2 İyun 2016 14:47 (UTC+04:00)
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyənin etirazına baxmayaraq mütləq səs çoxluğu ilə qəbul edilən qətnamədə soyqırım sözü 4 dəfə işlədilib. Bundestaqın iclasında iştirak edən deputatlardan yalnız biri qətnamənin əleyhinə səs verib, 1 millət vəkili isə bitərəf qalıb.
Qeyd edək ki, sözügedən qətnamə "101 il əvvəl Osmanlı imperiyasında erməni və digər xristian azlıqların soyqırımı barədə xatirə" adlanır.
Aydan AXUNDOVA