160 minlik ev alana vətəndaşlıq

20 Noyabr 2012 09:08 (UTC+04:00)


İqtisadi böhrandan ən çox əziyyət çəkən dövlətlərdən biri İspaniya ölkəyə vəsait cəlb etmək üçün yeni kompaniyaya başlayıb.

AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, İspaniyada 160 min avroluq ev alana vətəndaşlıq veriləcək. Artıq bu istiqamətdə qanun layihəsi də hazırlanır. Ticarət məsələləri üzrə dövlət katibi Garsiaya Legaz bir neçə həftə içində qanun layihəsinin təsdiqlənəcəyini deyib.

Qeyd edək ki, İspaniyada bu məqsədlə satışa çıxarılan 2 milyondan artıq mənzil var.

Sadiq Musa
AzNews.az