Üç yüksək rütbəli hərbçi həbs olundu - Ermənistanda
3 İyun 2016 21:17 (UTC+04:00)
Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti xəbər verib.
Məlumata görə, ESQ-nin sabiq silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan, silahlı qüvvələrin maddi-texniki departamentinin şöbə rəisi, polkovnik Mqer Papyan və polkovnik Armen Markaryan vəzifələrindən sui-istifadə etməkdə təqsirli biliniblər.
Bildirilir ki, adıçəkilən şəxslər vəzifələrindən sui-istifadə edərək müxtəlif malları bazar qiymətlərindən baha əldə edib, bir neçə hallarda isə tələb olunmayan mallar alıblar.
APA.az