Bahar Muradova: “Dövlətin rəsmiləri bu təxribatlara getməsinlər”

20 Noyabr 2012 09:41 (UTC+04:00)
"Bəzi dairələr Azərbaycanın Rusiya və digər dövlətlərlə qonşuluq münasibətlərinə xələl gətirməyə yönələn fəaliyyətlər göstərir".

AzNews.az-un məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin sədr müavini Bahar Muradova bildirib. Vitse-spiker söyləyib ki, Azərbaycan Rusiya ilə qonşuluq münasibətlərinin inkişaf etdirilməsi üçün üzərinə düşən vəzifələri tam yerinə yetirir.

Onun sözlərinə görə, uzun illər qonşu olduğumuz Rusiya ilə münasibətlər hazırda da normal səviyyədədir: "Bu münasibətlərin inkişaf etdirilməsi üçün Azərbaycan üzərinə düşən vəzifələri tam yerinə yetirir. Əsas odur ki, hər iki dövlətin rəsmiləri bu təxribatlara getməsinlər, öz münasibətlərini davam etdirsinlər və davam etdirəcəklərinə də əminəm".

Vasif Həsənli
AzNews.az