Fransa su altında - 4 ölü, 24 yaralı
4 İyun 2016 15:19 (UTC+04:00)
Bunu ölkənin Baş naziri Manuel Vals bildirib.
Bundan əvvəl 3 nəfərin həlak olduğu bildirilirdi.
M.Vals qeyd edib ki, Parisdə Sena çayında suyun səviyyəsi şənbə gününə keçən gecə pik həddə - 6,1 metrə çatıb. Bu, son 34 ildə rekord göstəricidir.
Daşqın qurbanlarının sayının artacağı istisna edilmir. Bir neçə min nəfər evlərindən təxliyə olunub, 10 minlərlə insan işıqsız qalıb.
Trend.az