Masallıda “Nissan” yandı - Sürücü xəsarət aldı

5 İyun 2016 23:18 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Yanğın zamanı avtomobilin sürücüsü əl nahiyyəsindən yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.