“Cavad xan”dan qadağa götürüldü

20 Noyabr 2012 11:55 (UTC+04:00)
"Cavad xan"dan qadağa götürüldü. Azərbaycan xalqının rus işğalına qarşı apardığı mübarizənin simvolu olan Gəncəli Cavad xan haqqında çəkilən filmi 4 ildən sonra Nizami kinoteatrında nümayiş olunacaq.

AzNews.az-a daxil olan məlumata görə, filmin nümayişi ilə bağlı artıq afişalar və elanlar vurulub. Xatırladaq ki, dövlət sifarişi ilə çəkilən "Cavad xan" filminin göstərilməsinə qarşı neçə llərdir ki, qeyri-rəsmi qadağa vardı. Bəzi dairələr filmin ideoloji xəttinə qarşı çıxır, "dövlərlərarası münasibəti" əsas gətirərək, onun nümayişinə şərait yaratmırdılar.

Noyabrın 23-29-da Nizami kinoteatrında təqdim olunacaq "Cavad xan" Azərbaycan tarixinin ən şanlı səhifəsini əks etdirir. Film xalq şairi Sabir Rüstəmxanlının senarisi əsasıda çəkilib. Filminin quruluşçu rejissoru Rövşən Almuradlı, baş rolun ifaçısı xalq artısti Nurəddin Mehdixanlıdır. Filmdə həmçinin xalq artistləri Amalya Pənahova, Ramiz Novruz və başqaları çəkiliblər.

Bahar Rüstəmli
AzNews.az