Oğurladıqları əşyaları alış-veriş saytlarında satanlar tutuldu - FOTO
6 İyun 2016 22:10 (UTC+04:00)
Əmәliyyat nәticəsində rayon ərazisində fərdi yaşayış evlərindən pul, qızıl zinət əşyaları və televizorlar oğurlayan əvvəllər məhkum olunan Qaradağ rayon sakini Səbuhi Qasımov və Göygöl rayon sakini Yəhya Әmirov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, S.Qasımov və Y.Əmirov əldə etdikləri televizorları və digər qiymətli əşyaları müxtəlif onlayn alış-veriş saytlarında satışa çıxarıblar.
Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Hazırda dəstə üzvlərinin paytaxt ərazisində başqa analoji cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır.




Musavat.com