Qarabağda başı kəsilən Avo terrorçu olub – ERMƏNİ ETİRAFI

20 Noyabr 2012 14:10 (UTC+04:00)

Qarabağda kim tərəfindən öldürülməsi ilə bağlı müzakirələrin aparıldığı erməni terrorçusu Monte Melkonyanın ASALA terror təşkilatının üzvü olması təsdiqlənib. Erməni mətbuatı dekabrın 7-də "Avo" ləqəbli terrorçunun 55 illiyi münasibətilə tədbir keçiriləcəyini bildirərək, onun barəsində bəzi məlumatlar yayıb. Həmin məlumatlarda Melkonyanın terrorçuluq fəaliyyəti təsdiqlənir.

Belə ki, erməni mətbuatının məlumatına görə, ABŞ-da doğulan Melkonyan tarix elmləri namizədi olub, 7 dil bilib: "O, Livandakı vətəndaş müharibəsində İsrail qoşunlarına qarşı iştirak edib. 1980-ci ilin yazında ASALA-nın sıralarına qatılıb. Avropada türklərə məxsus obyektlərə qarşı əməliyyatların təşkilatçısı və iştirakçısı olub. Daha sonra ASALA-da öz fraksiyasını yaradıb.

Avo qanunsuz əməllərdə günahlandırılaraq, həbs edilib. Onun həbsinə ASALA 15 partlayışla cavab verib. Bundan sonra Monte azad edilib. 90-cı illərin əvvəllərində Monte Qarabağa gələrək, bır sıra döyüşlərdə iştirak edib. Avo 1993-cü il 12 iyunda Mərzili kəndi yaxınlığında öldürülüb".

Beləliklə də kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürülərək başı kəsildiyi bildirilən Monte Melkonyanın terrorçu olduğu erməniləri tərəfindən təsdiqlənib.

Elnarə Əlosmanqızı
AzNews.az