Şəkidə narkotik aşkarlandı

8 İyun 2016 11:20 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşları tərəfindən rayonun Cunud kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 2 ton 80 kiloqram olan 7417 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Şuşa RPŞ əməkdaşları tərəfindən Tərtər rayonunun Çaylı kəndi ərazisində yabanı halda bitən ümumi çəkisi 2 ton olan 2500 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.